Salyanda dəhşət: ər-arvad diri-diri yandı

Salyanda dəhşət: ər-arvad diri-diri yandı Salyan rayonu, Şəkərli kəndində vətəndaşa məxsus ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Cumhuriyyet.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, yanğının kəşfiyyatı zamanı ev sahibi, 1943-cü il təvəllüdlü Əhmədalı Qayıbalı oğlu Əliyevin və onun həyat yoldaşı, 1934-cü il təvəllüdlü Zemfira İsa qızı Əliyevanın meyitləri yanğınsöndürənlər tərəfindən aşkar olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 07:14-də söndürülüb.
Cumhuriyyet.az saytının əldə etdiyi məlumata görə, mərhumlar ağır yataq xəstəsi olublar. Yanmış evə ilkin baxış zamanı qadının yataqda yandığı, həyat yoldaşının isə sürünərək yanan evdən çıxmağa cəhd etdiyi zaman tüstüdən boğulduğu məlum olub.
Tarix: 26-02-2017, 16:07
Xəbəri paylaş





Xəbər lenti