Salyanda 22 yaşlı gənc bıçaqlanıb

Salyanda 22 yaşlı gənc bıçaqlanıb Axşam saatlarında Salyan rayonunun Yenikəndində bıçaqlanma hadisəsi baş verib.


“Report”un Aran bürosu xəbər verir ki, 22 yaşlı kənd sakini Bayram Hümmət oğlu Şikarov münaqişə zəminində iki bıçaq zərbəsi alıb.


Zərərçəkən Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılan Cərrahiyyə şöbəsində əməliyyat olunub. Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti ağırdır.


Hazırda Bayram Şikarovu vuran şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Faktla bağlı Salyan rayon Polis şöbəsində araşdırma aparılır.
Tarix: 27-02-2017, 23:03
Xəbəri paylaş





Xəbər lenti