İrandan Ukraynaya tərəvəz daşıyan maşın Ələt-Astara yolunda qəzaya uğradı

İrandan Ukraynaya tərəvəz daşıyan maşın Ələt-Astara yolunda qəzaya uğradı Bu gün günorta saatlarında Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Dayıkənd kəndindən keçən hissəsində İran İslam Respublikasından Ukraynaya xiyar-pomidor daşıyan, Ukrayna vətəndaşının idarə etdiyi yük maşını ilə Bakı şəhər sakini Cavid Əliyev adlı sürücünün idarə etdiyi “HYUNDAİ” markalı avtomaşın toqquşub.

Virtualaz.org saytının Şirvan bürosunun əldə etdiyi məlumata görə, hadisə nəticəsində “Cip”ə xeyli ziyan dəysə də xəsarət alan olmayıb.

Emil Məmmədov
Tarix: 1-03-2017, 20:05
Xəbəri paylaş





Xəbər lenti