Ova gedən oğlanın meşədə meyiti tapıldı

Ova gedən oğlanın meşədə meyiti tapıldı Martın 2-də axşam saatlarında Şəkidə dağlıq ərazidən meyit tapılıb.

Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, meyiti tapılan şəxs rayonun Şin kənd sakini, 1991-ci il təvəllüdlü Mehman Fərhad oğlu Cəmilovdur. Meyit Şin kənd inzibati ərazisinin yaxınlığındakı yüksək dağlıq ərazidən tapılıb.

İlkin araşdırma zamanı məlum olub ki, dağlıq əraziyə ov etmək üçün gedən Fərhad Cəmilov qayadan yıxılıb və aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.

Bakı Post
Tarix: 3-03-2017, 09:33
Xəbəri paylaş





Xəbər lenti