Qadın paltarı geyindirilib zorlanan kişi dəlixanaya düşdü

 Qadın paltarı geyindirilib zorlanan kişi dəlixanaya düşdü Türkiyədə qaçırdıqları kişiyə qadın paltarı geyindirib onu zorlayan və işgəncə edən 7 nəfər polis tərəfindən saxlanılıb.

Missiya.Az yerli "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, saxlanılanlardan üçü barədə həbs-qətimkan tədbiri seçilib, 4 nəfər isə azadlığa buraxılıb.

Məlumata görə, Düzce vilayəti Gümüşova rayonunun sakini 33 yaşlı İ.T. İstanbulun Kartal rayonunda yaşayan 25 yaşlı A.Y. adlı qadına sosial şəbəkədən mesajlar yazaraq narahat etməyə başlayıb. İ.T.nin təkidli mesajlarına dözə bilməyən qadın bu barədə ərinə məlumat verib. Hiddətlənə ər İ.T.ni qaçırmağa qərar verib.

Hazırlanan plana görə A.Y. görüşmək istədiyini deyərək İ.T.dən ev ünvanını istəyir. Qadının əri və ögey atası yanvarın 22-də boğazına bıçaq dirəyərək İ.T.ni evinin qarşısından qaçırır. Kartaldakı evə aparılan İ.T.yə qırmızı qadın paltarı və dikdaban ayaqqabı geyindirilir, dodağına da pomada sürtülərək bundan sonra təcavüz edilir. Ailə üzvləri baş vermiş təcavüzü videoya çəkir.

Bunlarla kifayətlənəməyən ailə İ.T.ni Kartalda meşəyə aparıb ağaca bağlayırlar və 2 gün saxladıqdan sonra aparıb evinin önündə buraxırlar.

Başına gələn hadisələrin təsiri ilə bir müddət sonra əsəb gərginliyi keçirən İ.T. əvvəl ailəsi tərəfindən Düzce dövlət xəstəxanasına, daha sonra İstanbul Bakırköy ruh və əsəb xəstəlikləri xəstəxanasına aparılır. Müalicəsi davam edərkən İ.T. başına gələnləri bacısına danışır. Bacısıs xəbər verməsi və İ.T.nin şikayətçi olması ilə faktla bağlı istintaq başladılır.

Düzce asayış şöbəsinin polisləri ilə Kartal rayon polis idarəsinin əməkdaşları ünvanını müəyyən etdikləri şübhəli ailənin üzvlərini saxlayırlar. Evdə axtarış aparan polislər İ.T.nin məruz qaldığı işgəncə və təcavüzün videosunu da aşkarlayır.

Polis tərəfindən saxlanılan A.Y., arvadı A.Y., ögey atası A.T., anası F.T., ögey bacısı D.T., qardaşı U.T, dostu C.A.A. Düzce polis bölməsinə aparılır. Şübhəlilər burda dindirildikdən sonra məhkəməyə göndəriliblər.

Məhkəmə; ər A.Y., qardaş U.T., və dost C.A.A. barəsində qəsdən adam yaralamaq, cinsi təcavüz, məkan toxunulmazlığının pozulması və özəl həyatın gizliliyinin pozulması cinayətləri ilə həbs qərarı verib.

A.Y.nin arvadı, ögey atası, anası və bacısı isə məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıb.
Tarix: 3-03-2017, 17:28
Xəbəri paylaş





Xəbər lenti