Nəvəsinin cinsiyyət orqanını kəsən baba: "Şalvarını aşağı çəkdim..." - YENİ VİDEO

Nəvəsinin cinsiyyət orqanını kəsən baba: "Şalvarını aşağı çəkdim..." - YENİ VİDEO Nəvəsinin cinsiyyət orqanını kəsən baba Rakif Bayramov barəsində yeni video yayılıb.

Missiya.Az xəbər verir ki, videoda Ağdam rayon sakini 71 yaşlı Rakif Bayramov 16 yaşlı nəvəsi Tural Bayramovu necə qətlə yetirməsindən danışır.


«Bir anlıq özümü itirdim. Mənə yumruq atmaq istəyəndə qolunu tutdum. Yumruqla gicgahından vurdum. Nəvəmi boğmağa başladım. Daha sonra mətbəxt bıçağını gətirib cinsiyyət orqanını kəsdim».

Baba nəvəsini şəhid olan oğlanlarını söydüyü üçün öldürdüyünü iddia edir. Video sosial şəbəkədə yayılıb.

Qeyd edək ki, ötən fevralın 7-də Mübariz Məmmədov Binəqədi Rayon Prokurorluğuna müraciət edərək, 1997-ci il təvəllüdlü, oğlu Tural Bayramovun naməlum şəxs və ya şəxslər tərəfindən öldürülərək Ağdam rayonunun Çəmənli kəndində dəfn edildiyini bildirib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin mərhumun babası R.Bayramov tərəfindən törədilməsində əsaslı şübhələr müəyyən edildiyindən o, tutularaq istintaqa cəlb olunub. Meyit məhkəmənin qərarına əsasən dəfn olunduğu yerdən çıxarılaraq (eksqumasiya) ekspertizaya təqdim edilib.



Günay Əliyeva
Tarix: 3-03-2017, 17:31
Xəbəri paylaş





Xəbər lenti