Bakıda quldurluq: bu dəfə taksi sürücüsü müştərini soydu

Bakıda quldurluq: bu dəfə taksi sürücüsü müştərini soydu Paytaxtda quldurluqla üzləşən şəxs polisə müraciət edib.

Lent.az-ın məlumatına görə, Abşeron rayon sakini olan 1984-cü il təvəllüdlü Rüstəmov Mətləb Sahib oğlu 41-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, gecə saatlarında Badamdardakı çay evindən çıxaraq "AzSamand" markalı taksiyə oturub. Taksi sürücüsü bir qədər keçdikdən sonra bıçaqla müştəriyə hücum edib və onun üzərindəki 400 manatı götürərək hadisə yerindən uzaqlaşıb.

M.Rüstəmov həmin taksi sürücüsünün tapılaraq cəzalandırılmasını tələb edib.

Araşdırma aparılır.
Tarix: 5-03-2017, 20:09
Xəbəri paylaş





Xəbər lenti