Azərbaycanlı Ermənistandan görüntülər yaydı - VİDEO

Azərbaycanlı Ermənistandan görüntülər yaydı - VİDEO Bir azərbaycanlı indiki Ermənistanın İcevan (əvvəlki adı Karvansaray) rayonunun ərazisindəki Quşu kəndindən çəkiliş apararaq sosial şəbəkələrdə paylaşıb.

"Qaynar"ın verdiyi xəbərə görə, paylaşım maraqla qarşılanıb.

Videonun hansı şəraitdə və kim tərəfindən çəkilməsi barədə məlumat verilmir.

Məşhur Dilican dərəsinin yerləşdiyi və tarixən azərbaycanlıların məskunlaşdığı Karvansaray rayonu Çar Rusiyası dövründə Yelizavetpol quberniyasının Qazax qəzasına daxil idi.

XX əsrin əvvəllərində bu ərazilər də erməni quldur dəstələrinin, daşnak hərbi hissələrinin hücumuna məruz qalıb.

Yüz illər boyu Qazax, Ağstafa, Şəmkir, Tovuz rayonlarının əhalisi yayda Dilican dərəsində dincəlirdi. Tanınmış Azərbaycan yazıçı və dramaturqu Nəcəf bəy Vəzirov da vaxtilə bu ərazidə meşəbəyilik etmişdi.

Video a24.az saytından götürülüb.
Tarix: 7-03-2017, 20:05
Xəbəri paylaş





Xəbər lenti