32 yaşlı kişi özünü yandırdı - Bərdədə

32 yaşlı kişi özünü yandırdı - Bərdədə Bərdə rayonunda intihar hadisəsi baş verib.

Siam.az "Report"-a istinadən xəbər verir ki, hadisə rayon məhkəməsinin binası qarşısında olub.

Belə ki, rayon sakini, 1984-cü il təvəllüdlü Həmidov Ramin Rəhim oğlu üzərinə benzin tökərək özünə od vurub.

Otuz iki yaşlı gənc təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildiriblər.

Hadisəyə səbəb məhkəmənin həyat yoldaşından ayrılan R.Həmidov barəsində aliment ödənişi qərarının cıxarması olub. O, məhkəmənin qərarına etiraz edərək özünü yandırıb.
Axşam saatlarında xəstənin öldüyü bildirildi .
Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır. Siam.az
Tarix: 8-03-2017, 21:59
Xəbəri paylaş





Xəbər lenti