Gəncədə ağır qəza: maşın bacı-qardaşı əzdi – VİDEO

Gəncədə ağır qəza: maşın bacı-qardaşı əzdi – VİDEO Gəncədə avtomobil bacı ilə qardaşı vuraraq xəstəxanalıq edib.

ARB Kəpəz xəbər verir ki, Şah İsmayıl Xətai prospektində “VAZ 21 06” markalı avtomobilin sürücüsü idarəetməni itirib.

Nəticədə maşın yol kənarına çıxaraq 2 piyadanı vurub. Onlardan biri 14 yaşlı Brilliant Məmmədova Abbas Səhhət adına 1 saylı Şəhər Xəstəxanasına, 6 yaşlı qardaşı isə özəl xəstəxanalardan birinə aparılıb. Reanimasiya şöbəsinə yerləşdirilən Brilliant Məmmədovanın vəziyyəti ağır qiymətləndirilir.

Fakt araşdırılır.
Tarix: 9-03-2017, 20:15
Xəbəri paylaş





Xəbər lenti