Qızla otelə getdi, burnunu qırdılar, ayaqlarından güllələdilər...

Qızla otelə getdi, burnunu qırdılar, ayaqlarından güllələdilər... Rusiyanın Sankt-Peterburq şəhərində 40 yaşlı Azərbaycan vətəndaşı martın 9-na keçən gecə döyülüb və üstəlik güllələnib.

Virtualaz.org “Fontanka.ru”ya istinadən xəbər verir ki, hadisə Nevsk rayonundakı oteldə baş verib. Azərbaycanlı tanış qızla otelə “dincəlməyə” gedibmiş, bu zaman tanışı ona zəng vurub və aldadaraq çölə çağırıb. Çöldə onu 2 nəfər bərk döyüb, burunu sındırıb, üstəlik ayaqlarından atəş açaraq hər iki ayağına dörd güllə vurublar. Yaralı xəstəxanaya qaldırılıb, polis bu şəxsin kimliyini açıqlamır və onu döyüb güllələyənləri axtarır.
Tarix: 9-03-2017, 21:46
Xəbəri paylaş





Xəbər lenti