Meşədəki dəhşətli qətlə görə həbs edilənlərin cəzası kəsildi- 48 il

Meşədəki dəhşətli qətlə görə həbs edilənlərin cəzası kəsildi- 48 il Qətl törətməkdə təqdirləndirilən şəxslərə hökm oxunub.

Musavat.com xəbər verir ki Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovanın sədrliyi ilə qətl törətməkdə təqsirləndirilən Vüsal Mirzəyev, Vüsal Qədiyev və Nizami İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Məhkəmə prosesində təqsirləndirilən şəxslərə hpkm oxunub.
Hökmə əsasən Vüsal Mirzəyev 18 il, Vüsal Qədiyev 18 il, Nizami İsmayılov isə 12 il müddətinə azadlıqdan məhrum ediliblər.
Bildirək ki, ötən il sentyabrın 7-də Abşeron rayonunun Xocəsən qəsəbəsində üzərində zorakılıq əlamətləri olan 25-30 yaşlı kişi meyiti aşkar edilmişdi. İstintaq-əməliyyat tədbirləri zamanı qətlə yetirilənin Kürdəmir rayon sakini, 1982-ci il təvəllüdlü Xanlar Nadirov olduğu müəyyən olunmuşd.
Cinayət əməlini törədənlərin isə Lənkəran rayon sakini 1995-ci il təvəllüdlü Vüsal Mirzəyev, Kürdəmir rayon sakini 1987-ci il təvəllüdlü Vüsal Qədiyev və Lerik rayon sakini 1982-cı il təvəllüdlü Nizami İsmayılov Xanlar Nadirovla birlikdə ötən il sentyabrın 6-da saat 22 radələrində Sulutəpə dairəsi yaxınlığındakı kafeyə gedərək orada yemək yeyəndən sonra onların arasında mübahisə yaranıb. Bundan sonra hər üç şəxs X.Nadirovu yaxınlıqdakı meşə massivinə apararaq orada qətlə yetiriblər.
Onlar Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) bə 181 (quldurluq) maddələri ilə təqsirli bilinirlər.
Tarix: 10-03-2017, 13:18
Xəbəri paylaş





Xəbər lenti