Azərbaycan Ordusunu döyüşə hazırlayan “Bordo Bereli”yə SUİ-QƏSD CƏHDİ – DETALLAR

Azərbaycan Ordusunu döyüşə hazırlayan “Bordo Bereli”yə SUİ-QƏSD CƏHDİ – DETALLAR Türkiyə xüsusi təyinatlı qüvvələri olan “Bordo Bereli”lərin rəhbəri general Zəkai Aksakallıya Suriyada “Fərat Qalxanı” hərəkatında sui-qəsd cəhdi olub.

Siam.az publika.az -a xəbər verir ki, bu haqda təhlükəsizlik mütəxəssisi Abdullah Ağarın yazdığı “Azad Şəhid’ adlı yeni kitabında yazılıb.
Kitabda sui-qəsd cəhdi bütün detalları ilə izah edilir. Ağarın yazdığına görə, sui-qəsd cəhdi Türkiyə-Suriya yerləşən Azezdə baş verib. General 2016-cı il avqustun 24-də başlayan hərəkatın ilk günlərində sui-qəsd cəhdindən son anda xilas olub.
“Komandir Azad Suriya Ordusunun qurduğu nəzarət nöqtələrindən birində dayanaraq işlərə nəzarət edirdi. Bu zaman əraziyə yerli geyimdə olan orta yaşlı bir şəxs yaxınlaşdı. Adamın üzərindəki kamikadze kəməri və barmağının altındakı partlayış qurğusunu son anda fərq ediblər. Komandirin yanındakı kapitan cəld davranaraq üzünə vurduğu yumruğu ilə adamı yerə sərib. O, ayılana qədər də üzərindəki bombanı zərərsizləşdiriblər”, – kitabda yazılıb.
Qeyd edək ki, Zəkai Aksakallı PKK-ya qarşı mübarizədə məşhurlaşıb. Həmçinin, Azərbaycan ordusuna təlim keçən komandir olaraq da tanınır. Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhd zamanı qiyamçıların qarşısını alan şəxslərdən biri olub. Siam.az
Tarix: 10-03-2017, 13:57
Xəbəri paylaş





Xəbər lenti