Ailəsi zorlanan məktəblidən imtina etməyibmiş

Ailəsi zorlanan məktəblidən imtina etməyibmiş Beyləqanda orta məktəb şagirdinin zorlanması hadisəsi sosial şəbəkələrdə geniş müzakirə olunur. Müzakirə iştirakçıları ailəsinin qızdan imtina etməsini pisləyirlər. Eyni zamanda onlar bu işlə məşğul olan QHT-lərin fəaliyyətindən narazılıqlarını bildirirlər. QHT-ləri qızın taleyi ilə maraqlanmamaqda günahlandırırlar.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, xəbər yayılandan sonra qızın qohumları ilə əlaqə saxlayıb: “Biz onlara öz xidmətimizi təklif etdik. Dedilər ki, qız öz nəzarətləri altındadır. Əlavə etdilər ki, özləri bu məsələləri tənzimləyə bilərlər. Bu, elə bir mövzudur ki, ailəni başa düşmək olar. Yəqin ki, istəsələr bizim təklifimizi dəyərləndirərlər”. (Qafqazinfo)
Tarix: 10-03-2017, 21:11
Xəbəri paylaş





Xəbər lenti