Göyçayda dəhşətli qətl: qadın ərinin ölümündə iki məmur və bir polisi suçlayır – Özəl

Göyçayda dəhşətli qətl: qadın ərinin ölümündə iki məmur və bir polisi suçlayır – Özəl Göyçayın Potu kənd sakini Əhmədova Mədinə Bədrəddin qızı ağır ittihamlar səsləndirib. 24saat.org-un xəbərinə görə, M.Əhmədova ərinin ölümündə məmurların əlinin olmasını iddia edib.


“Göyçay Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşı, polis kapitanı Bəxtiyar Həşimov, Pərviz adlı Mallışıxlı kənd icra nümayəndəsi və Vasif adlı bələdiyyə üzvü birlikdə 29 may 2016-cı il tarixdə gecə saat 12 radələrində, sərxoş vəziyyətdə Potu kəndi ərazisində yerləşən “Şam bağı” kafesinə gəliblər.

Onlar həyat yoldaşım Əhmədov Bəxtiyar Əliyar oğlunu vəhşicəsinə döyərək ağır bədən xəsarəti yetiriblər. Aldığı ağır zərbələr təsiri nəticəsində Göyçay rayon mərkəzi xəstəxanaya çatdırılan Əhmədov Bəxtiyar Əliyar oğlu daxili qanaxma, dalağın partlaması və yoğun bağırsağın qanaxmasından əməliyyat olunub və qısa müddət ərzində evə buraxılandan sonra qəflətən vəfat edib.

Maraqlısı budur ki, Bəxtiyar Həşimov və bu cinayətdə əlbir olduğu Pərviz və Vasif törətdikləri cinayəti ört-basdır etməkdən ötrü, zərərçəkən mərhum Əhmədov Bəxtiyarın əməliyyatı üçün 500 manat və evə çıxdıqdan sonra isə 1600 manat pul xərcləyiblər.

Acınacaqlı cəhət budur ki, polis kapitanı və əlbir olduğu şəxslər bu cinayəti öz üzərindən götürmək üçün hadisə baş verən “Şam bağı” kafesinin işçisi Esmira Əhmədovanı övladlarını öldürmək təhdidi ilə onun üzərinə atıblar. Qorxu və təhdidlərdən çəkinən Esmira Əhmədova övladlarına ediləcək təhlükədən qorxaraq eləmədiyi cinayəti öz boynuna götürüb.

Bu hadisədə heç bir iştirakı olmayan Esmira Əhmədovanı bu cinayətdə suçlanması ədalətsizlikdir. Çünki hadisəni polis kapitanı Bəxtiyar Həşimov və onun əlaltıları edib”.
Tarix: 14-03-2017, 15:32
Xəbəri paylaş





Xəbər lenti