Bərdədə Telekommunikasiya Qovşağına məxsus kabel oğurlanıb

Bərdədə Telekommunikasiya Qovşağına məxsus kabel oğurlanıb Bərdə Rayon Telekommunikasiya Qovşağına məxsus kabel oğurlanıb.
"Report" xəbər veri ki, hadisə martın 14-nə keçən gecə rayonun Alpoud və Tumaslı kəndləri ərazisində qeydə alınıb.
Belə ki, həmin kəndlərin ərazisində Telekommunikasiya Qovşağına məxsus 460 metr rabitə kabeli kəsilərək oğurlanıb, 400 metr hissəsi isə yararsız hala salınıb.
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Qarayusifli kənd sakini, əvvəllər məhkum olunmuş Arif Şıxməmmədov tutulub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Tarix: 15-03-2017, 14:08
Xəbəri paylaş





Xəbər lenti