NƏRİMANOV RAYONUNDA CİDDİ PROBLEMLƏ ÜZLƏŞƏN HƏYƏT – FOTO

NƏRİMANOV RAYONUNDA CİDDİ PROBLEMLƏ ÜZLƏŞƏN HƏYƏT – FOTO Bakının Nərimanov rayonu 35 saylı Mənzil İstismar Sahəsinin (MİS) ərazisində yaşayan bir qrup sakin çox acınacaqlı vəziyyətlə üzləşib. Atatürk prospekti 47 saylı binanın həyətində olan keçmiş “Solmaz” şadlıq evinin həndəvərində yaranan vəziyyyətlə bağlı Azinforum.az-a müraciət ünvanlayan sakinlər əlaqədar qurumlardan problemə əncam çəkmələrini tələb edirlər. Təqdim edilən fotolardan görünür ki, hazırda çəkiliş studiyası kimi fəaliyyət göstərən şadlıq evinin ətrafına xüsusi dəmir parçaları basdırılıb. Həmin dəmirlər xüsusi qıfılla bağlanılır və açarları hansısa şəxsin cibində olur. “İmtiyazlı” adam da istədiyi vaxt gəlib oranı açıb öz avtomobilini məhz həmin yerdə saxlayır.
Sakinlər deyir ki, studiyaya çəkiliş üçün gələn maşınların çoxluğu və ətrafın qanunsuz yolla zəbt olunması binada yaşayanların avtomobillə öz bloklarına yanaşmasına əməlli başlı problem yaradır. Şadlıq evinin digər tərəfində olan qarajlardan ikisi hansısa ictimai iaşə obyekti kimi fəaliyyət göstərmək üçün təmir edilib. Nə qədər təəccüblü olsa da, həmin obyektin ayaqyolusu obyektin içində deyil, yolun üzərində tikilib. Bu hal da avtomobillərin həmin ərazindən yanbayan keçməsinə mane olur və nəticədə tıxac yaranır.
Ümidvarıq ki, yaranmış vəziyyətlə bağlı Nərimanov rayon İcra Hakimiyyətinin əlaqədar qurumları lazımi reaksiya verməklə bu özbaşınalığın aradan qaldırılmasına nail olacaqlar.
NƏRİMANOV RAYONUNDA CİDDİ PROBLEMLƏ ÜZLƏŞƏN HƏYƏT – FOTO
NƏRİMANOV RAYONUNDA CİDDİ PROBLEMLƏ ÜZLƏŞƏN HƏYƏT – FOTO
Tarix: 17-03-2017, 07:44
Xəbəri paylaş





Xəbər lenti