Qarabağda bir erməni generalı və iki zabiti ağır yaralandı - ETİRAF ETDİLƏR

Qarabağda bir erməni generalı və iki zabiti ağır yaralandı - ETİRAF ETDİLƏR Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan ordusunun generalı və iki yüksək rütbəli zabiti ağır yaralanıb. APA TV-nin "Iragir.am" saytına istinadən verdiyi məlumata görə, onlar partlayış nəticəsində ağır xəsarət alıblar. Partlayışın hansı səbəbdən və hansı şəraitdə baş verdiyi açıqlanmır. Yaralı general-leytenant Levon Mnatsakanyan və iki zabit xəstəxanaya çatdırılıb. Onların vəziyyətinin ağır olduğu deyilir.

Siam.az
Tarix: 17-03-2017, 08:46
Xəbəri paylaş





Xəbər lenti