Polisə ittiham: Vətəndaşı döyüb

Polisə ittiham: Vətəndaşı döyüb Aliyə Təmrazova: “Barat Novruzov yumruğu ilə sifətimə vurdu, məni təhqir etdi”

Bakı şəhər Səbail rayon sakini Aliyə Təmrazova 9-cu Polis Bölməsinin sahə müvəkkili Barat Novruzovun kobud, qanuna zidd hərəkətlərindən şikayətlənib. Bu barədə “Cümhuriyət” qəzetinə müraciət edən şikayətçinin sözlərinə görə martın 14-də Bakı Şəhər Prokurorluğunun müstəntiqi Asəm Səfərliyevin dəvəti ilə prokurorluqda üzləşmə keçirilib. Aliyə Təmrazovanın iddiasına görə üzləşmə zamanı Barat Novruzov yalan ifadələr verib.


Yalan ifadələrdən hiddətlənən şikayətçi 9-cu PB-nin sabiq rəis müavini Səhman Məmmədovun imzaladığı, Barat Novruzovun isə icra etdiyi 8 oktyabr 2010-cu il tarixli, eləcə də həmin PB-nin sabiq rəisi Natiq Camalovun 18 oktyabr 2011-ci il tarixli “9-cu PB-də Aliyə Təmrazova barədə təqsirləndirici sənəd yoxdur” arayışlarını Barat Novruzova təqdim edib. Eyni zamanda vəkililə hadisə günü onun telefon danışıqlarının olmasını bildirib. Barat Novruzov bundan əsəbləşərək, özündən çıxıb və qadına xəsarət yetirib:

“Təqdim etdiyim sənədlərdən və danışığımızın olduğunu sübut etdiyim üçün Barat Novruzov yumruğu ilə sifətimə vurdu. Hətta ailəmlə bağlı mənə şər-böhtan atdı. Nəzərinizə çatdırım ki, bu adam 19 sentyabr 2010-cu ildə adam oğurluğu ilə bağlı cinayətlər törədib. İradlarımdan əsəbiləşən Barat Novruzov mənə qarşı müstəntiq Asəm Səfərəliyevin yanında kobud ifadələr işlədərək, küçə söyüşləri ilə məni təhqir edib. Amma Asəm Səfərəliyev buna heç bir reaksiya vermədi. Həmin an Bakı Şəhər Prokuroru Əziz Seyidovun qəbul otağına girib onunla görüşmək istədim. Polislər buna da imkan vermədilər. Hətta məni aldadaraq ”Əziz Seyidov aşağıdadır” dedilər. İstintaq İdarəsinin rəisi Cəfər Cəfərov və müstəntiq Asəm Səfərəliyevin iştirakı ilə Barat Novruzov “fahişə” deyərək, mənə tərəf irəlilədi. Sağ əlini qaldırıb yenə məni vurmaq istəyirdi ki, müstəntiqlər onun qarşısına keçdilər. Növbəti dəfə məni vurmağa qoymadılar”.

Şikayətçi qeyd edib ki, tələbi bu faktlarla bağlı vəkili ilə birgə onu Daxili İşlər naziri Ramil Usubovun təcili qəbul etməsidir: “Mən bu adamın kobudluqlarına artıq dözmürəm. O, məsuliyyəti qarşısında cavab verməlidir. 9-cu PB-nin sahə müvəkkili Barat Novruzovun barəsində qanuna müvafiq tədbir görülməsini və təhlükəsizliyimin təmin edilməsini istəyirəm”.

Xatıqladaq ki, Aliyə Təmrazovanın oğlu Həsən Sultanzadə anasına məxsus evləri, şəxsi əşyalarını və pullarını ələ keçirmək üçün həkimlərlə, polislərlə əlbir olaraq anasını “dəlixanaya”salmağa çalışıb. Bu baş tutmayanda isə Dövlər Gömrük Komitəsinin vəzifəli şəxsi Həsən Sultanzadə müəyyən vasitələrlə 72 yaşlı anasına təzyiq edərək, ona maddi və mənəvi ziyan vurub. Yaşlı ana 7 ildir ki, məhkəmələrdə süründürülür. Bu illər ərzində onun pozulmuş hüquqları bərpa olunmur.

Alçina Amilqızı

Cebhe.info
Tarix: 20-03-2017, 21:02
Xəbəri paylaş





Xəbər lenti