Bakıda məşhur cərrah dəm qazından öldü-"Qaz qətliamı"

Bakıda məşhur cərrah dəm qazından öldü-"Qaz qətliamı" Rasim Həbibov yaşadığı evdə zəhərlənib.

Bakıda tanınmış həkim dəm qazının qurbanı olub. Paytaxtın məşhur klinikalarından birində çalışan tanınmış cərrah-proktoloq Rasim Həbibov dəm qazından zəhərlənib.

Miq.Az xəbər verir ki, mərhumun çalışdığı xəstəxanadan İstiPress-ə verilən məlumata görə, hadisə ötən gün baş verib. 38 yaşlı Rasim Həbibov yaşadığı evdə zəhərlənərək dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Miq.Az-ın 1news.az-a istinadla verdiyi məlumata görə, tanınmış cərrah-proktoloqun 3 övladı (oğlan və iki qız) olub.

Miq.Az olaraq, oxucuların nəzərinə çatdırırıq ki, dəm qazından boğulma halları Azərbaycanda son vaxtlar çoxalsa da, nədənsə bu barədə rəsmilər susmağa üstünlük verirlər. Amma çox təəssüflər olsun ki, Azərbaycanda, xüsusilə paytaxtda qazdan boğulma hallarının sayı getdikcə çoxalır. Görəsən rəsmilərin də gizilətdiyi bu sirrin səbəbi bilinəcəkmi?

"Azəriqaz" mavi yanacağın tərkibinə hansı maddəni qatır ki, boğulma halları çoxalır? Redaksiya olaraq bir daha xatırlatmağı özümüzə borc bilirik ki, "Azəriqaz"-ın zəhərli qazından dünyasını dəyişənlərin də ruhu şad olar ki, bu qətliama "STOP" deyilsin.
Tarix: 21-03-2017, 09:03
Xəbəri paylaş





Xəbər lenti