Gədəbəydə 34 yaşlı kişi bıçaqlandı

Gədəbəydə 34 yaşlı kişi bıçaqlandı Gədəbəydə bıçaqlanma olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun İnəkboğan kənd sakini, 1983-cü il təvəllüdlü Cəfərov Cavid Müslüm oğlu qarının kəsilmiş deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Dərhal əməliyyat olunan yaralının vəziyyəti orta ağır qiymətləndirilir. C.Cəfərovun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı hələ ki, məlum deyil.

Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.
Tarix: 21-03-2017, 10:13
Xəbəri paylaş





Xəbər lenti