"Qanlıgöl”də ailə FACİƏSİ: Qısqanc ər arvadını öldürdü

"Qanlıgöl”də ailə FACİƏSİ: Qısqanc ər arvadını öldürdü Bakıda qətl törədilib.

Siam.az apa-ya istinadən xəbər verir ki, bu barədə Yasamal rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, hadisə "Qanlıgöl” ətrafındakı evlərdən birində qeydə alınıb. Orada yaşayan 1974-cü il təvəllüdlü Əkbər Əjdər oğlu Quliyev qısqanclıq zəmnində həyat yoldaşı, 1975-ci il təvəllüdlü Firuzə Məhəmməd qızı Quliyevanı bıçaqlayıb. Dörd bıçaq zərbəsi alan F. Quliyeva hadisə yerindəcə keçinib.
Hadisəni törədən Ə. Quliyev saxlanılıb.


Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
Siam.az
Tarix: 24-03-2017, 10:43
Xəbəri paylaş





Xəbər lenti