Təyyarə yaşayış evinin üstünə düşüb- VİDEO

Təyyarə yaşayış evinin üstünə düşüb- VİDEO ABŞ-ın Atlanta şəhəri yaxınlığında (Corciya ştatı) yüngülmotorlu təyyarə yaşayış evinin üstünə düşüb.
Siam.az APA-ya istinadən verdiyi məlumata görə, bu barədə “Fox News” telekanalı xəbər verib.
İlkin məlumata görə, hadisə nəticəsində təyyarədə olan 1 nəfər ölüb, fərdi yaşayış evi yanıb.
Hadisə zamanı yaşayış evində heç kim olmayıb.
Təyyarədə neçə nəfər olduğu və digər təfərrüatlar barədə hələ ki, məlumat yoxdur.
Tarix: 25-03-2017, 09:33
Xəbəri paylaş





Xəbər lenti