Dağıstanlı polislər Azərbaycan vətəndaşından rüşvət alarkən yaxalandılar

Dağıstanlı polislər Azərbaycan vətəndaşından rüşvət alarkən yaxalandılar Dağıstan Daxili İşlər Nazirliyinin və Federal Təhlükəsizlik Xidməti İdarəsinin birgə həyata keçirdiyi operativ xüsusi əməliyyat nəticəsində Rusiya Daxili İşlər Nazirliyinin Məhərrəmkənd rayonundakı polis post-patrul xidmətinin xüsusi rotasının “Xoca Qazmalar” postunda xidmət edən əməkdaşları Kadimali Manafov və Raidin Alinisedov həbs ediliblər. Onlar hələlik adı açıqlanmayan Azərbaycan vətəndaşından rüşvət alarkən yaxalanıblar. “Şimal xəbərləri” qəzetinin Dərbənddəki mötəbər mənbədən əldə etdiyi məlumata görə, son vaxtlar adıçəkilən postda fəaliyyət göstərən polis əməkdaşlarından çoxsaylı şikayətlər olub. İnformasiyada o da bildirilir ki, baş vermiş insidentlə əlaqədar yüksək vəzifəli polis əməkdaşları da dindirilirlər.(Şimal xəbərləri)
Siam.az Dağıstanlı polislər Azərbaycan vətəndaşından rüşvət alarkən yaxalandılar
Tarix: 28-03-2017, 09:07
Xəbəri paylaş





Xəbər lenti