“Sahə müvəkkili məni vurub, təhqir etdi…” - Aliyə Təmrazova

“Sahə müvəkkili məni vurub, təhqir etdi…” - Aliyə Təmrazova Bakı şəhər sakini – Səbail rayonu, Bünyad Sərdarov küçəsi 17, mənzil 22 ünvanında yaşayan Təmrazova Aliyə Həsən qızı ölkə Prezidenti İlham Əliyevə, dövlət və hökumət qurumlarının, eləcə də hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət ünvanlayıb. A.Təmrazova müraciətində Səbail Rayon Polis İdarəsinin (RPİ) 9-cu Polis Bölməsinin sahə müvəkkili Barat Novruzov tərəfindən təhqir olunduğunu, kobud davranışla üzləşdiyini qeyd edib.

Bir nüsxəsi «AzPolitika.info» saytına daxil olan müraciətdə Aliyə Təmrazova bildirib ki, 18 sentyabr 2010-cu il tarixdə Səbail RPİ-nin 9-cu Polis Bölməsinin sahə müvəkkili Barat Novruzov onun ev telefonuna zəng edərək, sentyabrın 19-da, bazar günü səhə məntəqəsinə gəlməyini istəyib: “Ancaq səhər sat 12-də binanın blokundan küçəyə çıxdığım zaman məni küçədən oğurlayıb, məhkəmənin qərarı olmadan, qanunsuz olaraq Mağtağadakı psixatriya xəstəxanasına apardılar”.

Bununla bağlı Bakı şəhər Prokurorluğunda bir ildir ki, araşdırılan cinayət işi çərçivəsində 14 mart 2017-ci il tarixdə müstəntiq Asəm Səfərəliyev tərəfindən Barat Novruzovla üzləşmə keçirilib. A.Təmrazovanın iddiasına görə, üzləşmə zamanı Barat Novruzov həqiqətə uyğun olmayan məlumatlar verib. Buna cavab olaraq, o və vəkil dediklərini sübut edən konkret sənədlərin, telefon danışıqlarının olduğunu söyləyiblər. Bu da Barat Novruzovu qəzəbləndirib: “Barat Novruzov əsəbləşib özündən çıxdı və yumruğu ilə sifətimə xəsarət yetirdi. Hətta ailəmlə bağlı mənə şər-böhtan atmağa başladı”.

A.Təhməzovanın sözlərinə görə, Barat Novruzov müstəntiqin yanında onu küçə söyüşlərilə təhqir etsə də, Asəm Səfəriliyev buna reaksiya verməyib. Bununla bağlı Bakı şəhər prokuroru Əli Seyidovun qəbuluna düşmək cəhdi isə alınmayıb.

Ancaq A.Təmrazova bundan sonra da Barat Novruzovun onu təhqir etdiyini, hətta istintaq idarəsinin rəisi Cəfər Cəfərov və müstəntiq Asəm Səfərəliyevin yanında onu yenidən vurmaq üçün üzərinə yeridiyini iddia edir. “Cəfər Cəfərov və Asəm Səfərəliyev onun qarşısına keçib, məni vurmağa qoymadılar” – deyə bildirir.

Sonda A.Təmrazova Prezidentdən bununla bağl daxili işlər naziri Ramil Usubovun onu və vəkilini qəbul etməsi, Barat Novruzovun barəsində qanuna müvafiq qaydada ölçü götürülməsinə göstəriş verilməsini xahiş edir.

Məktubda adları keçən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.

V.Nəsibov“Sahə müvəkkili məni vurub, təhqir etdi…” - Aliyə Təmrazova
Tarix: 28-03-2017, 20:39
Xəbəri paylaş





Xəbər lenti