Sabirabadda ata çəkiclə 7 yaşlı oğlunu öldürüb

Sabirabadda ata çəkiclə 7 yaşlı oğlunu öldürüb Sabirabadda dəhşətli qətl törədilib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, qətl hadisəsi Sabirabad rayonunun Ulacalı kəndində qeydə alınıb. Həmin kəndin sakini, 1987-ci il təvəllüdlü Röyal Şakir oğlu Məmmədov 7 yaşlı oğlunu baş nahiyəsindən çəkiclə vuraraq qətlə yetirib.

Röyal Məmmədov polis tərəfindən saxlanılıb.

Faktla bağlı Sabirabad rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
Tarix: 29-03-2017, 06:38
Xəbəri paylaş





Xəbər lenti