Həyat yoldaşını polisə gətirib qətli boynuna qoydular-TƏRTƏRDƏ GÖRÜNMƏMİŞ OLAY (ŞİKAYƏT)

Həyat yoldaşını polisə gətirib qətli boynuna qoydular-TƏRTƏRDƏ  GÖRÜNMƏMİŞ OLAY (ŞİKAYƏT) Tərtər rayon Səhlabad kənd sakini Alimə Həsənova Gununsesi.info vasitəsilə Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.
Orta məktəb müəlliməsi olan Alimə Həsənova müraciətində oğlunun günahsız yerə həbs edilməsindən yazıb.

Həmin müraciəti olduğu kimi tədqim edirik:
“Hörmətli, cənab Prezident!

Bildirirəm ki, mənim oğlum Həsənov Şaiq Tahir oğlu Tərtər rayon prokuroru Azər Hətəmov, onun köməkçisi Rəşid Bayramov və Polis Şöbəsinin rəisi Rauf Məcidov və müavinləri tərəfindən şərlənərək, həbs edilib. Həbs edilən zaman ona qarşı insanlığa sığmayan əziyyətlər verilib. Onun ayaqlarının altına vurularaq isgəncəyə məruz qalıb. Həmin vaxt onun ayağı çatlayıb. Bundan sonra isə cinayəti etmədiyini bildirdikdə, arvadını və anasını polis şöbəsinə gətirilmək ilə hədələndiyi üçün müstəntiq Rəşid Bayramov tərəfindən yazılmış ifadəyə ifadəyə qol çəkməyə məcbur edilib.
Hörmətli, cənab Prezident!
Mənim oğlum cinayət törətməyib. Ailəmiz cinayətkar deyil. Mənim özüm müəlliməyəm. Həyat yoldaşım da uzun müddət rayonda yaxşı vəzifələrdə işləyib. Mənim oğlumu şərləyib tutuan zaman həyat yoldaşımın ürəyi partlayıb öldü. Azər Hətəmovla Rauf Məcidov Tərtərdə qanun tanımırlar. Mənim oğlumun üzərinə şər atıblar ki, guya, o, Səxavət Musayevin ölümündə iştirak edib. Mənim oğlum Səxavət Musayevi tanımır. Onu Azər Hətəmov, Rəşid Bayramov və Aqil Aslanov tanıyır.
Mənim oğlum 26 sentaybr 2016-cı il tarixdə-saat 10 radələrində müdirinin çağrışı ilə əlaqədar olaraq məntəqələrdə olub və saat 16 radələrində evimizə gəlib. Həmin vaxt mən də Qax rayonunda yaşayan qızımın evindən gəlmişdim. Bundan sonra o qardaşımın həyat yoldaşı Cazibə adlı qadına zəng edib hamamın yanılı olub-olmadığını soruşdu. O isə yandırdığını və gəlib çimməyini bildirdi. O, qadaşımgilin qapısına gedən zaman qardaşımın həyat yoldaşı qapıda olan iki qozun çırpılmasını ona bildirdi. O isə çıxıb həmin qozu çırpdı. Bundan sonra mən seçki məntəqəsinə gedəcəyimi bildirdim, oğlum da mənimlə birlikdə seçki məntəqəsinə getdi.
Biz məntəqəyə gedən zaman saat 6-ya işləmişdi. Bunu nədən bilirəm, çünki həmin vaxt məntəqə sədri artıq saat beşin məlumatını dairəyə çatdırmışdı. Bundan sonra mən, oğlum və nəvəm gəlinim, qızımın yoldaşı və həyat yoldaşım birlikdə Qaxdan gələn zaman Xanabad ərazisindən aldığm balığı bişirmişəm və birlikdə yemişik. Mənim oğlum cinayət baş verən zaman yanımda olub. Bunlar yuuxarıda qeyd etdiyim faktlarla təsdiq olunur. Ancaq müstəntiq Rəşid Bayramov mənim oğlumdan əl çəkmir, bildirir ki, bilirsən də mən haradanam, “səni “srok”a göndərməsəm, mənə Rəşid deməsinlər”.
Bildirim ki, Rəşid Naxçıvanlıdır. Niyə, nə səbəbə bunlar mənim oğlumun tutulmasında bu qədər maraqlıdır? Mənim oğlum oktyabr ayının 2-də toyda olan zaman dava- dalaş düşüb və oradan da oğlum qardaşımgilə gəlib, yolda da üzünü qırxmaq üçün mağazadan üzqırxan alıb. Bunları mağaza yiyələri də bildirib. Sonra polislər gələndə avtomobilə oturub və içkili olduğuna görə qapını möhkəm çırpıb. Bu isə polis rəisinin müavini Əfqan adlı şəxsə təsir edir və deyir ki, gör sənin başına nə oyun açacam. Açdılar da, etmədiyi cinayəti boynuna qoydular, onun şəxsiyyətini alçaqltmaqla hədələyərək, ifadə yazıb qol çəkdirdilər. Onu döyülməsi real faktlarla təsdiq edilir. Lakin Azər Hətəmov və Rauf Məcidov həmin prosesdə iştirak etdiyindən obyektiv araşdırma aparılımır.
İşdə olan şahidlərə Rəşid Bayramov və Firuz Nuriyev təzyiq göstərir. Həmin şahidlərdən biri gəlib evlərində hətta, özünü doğrmaq istəyib. Rəşid Bayramov bildirir ki, guya cinayətin üstünü açıb, lakin, o, əksinə cinayətin üstünü basdırmaqla məşğuldur. Cinayətin hansı səbəbdən baş verməsi, ortada olan pulun yoxa çıxarılması bütün bunlar sual doğuran məsələdir. Bunların heç birinə aydınlıq gətirilmir. Bu işdə kimsəsiz, heç kimi olmayan bir şəxsi də günahsız yerə həm bu cinayətdə, həm də Sənan adlı şəsin ölümündə təqsirli bilmək istəyirlər. Halbu ki, o şəxs 2014-cü il tarixdə hadisə baş verən zaman çağırılıb-dindirilib və onun iştirakı təsdiq edilmədiyindən asərbəst buraxılıb.
Indi isə bildirilər ki, bəs Sənanın da ölümünü Səxavət Orucov eləyib və özlərincə fikirləşirlər ki, bağlı cinayətin üstünü açıblar, vəzifə alacaqlar. Onlar əslində cinayətin üstünü basdırıblar. Çünki cinayəti törədən əsl səbəbkar taplmadan o cinayət bağlı cinayətdir və kiminsə haqsız yerə məsuliyyətə cəlb edilməsi ozu cinayətdir. Mən dəfələrlə yuxarı orqanlara müraciət etsəm də, şikayətim araşdırlması üçün Azər Hətəmovun üstünə göndərilir. Onun isə özü haqqında tədbiri hansı formada görəcəyi hər kəsə məlumdur.
Hörmətli, cənab Prezident!
Siz insanlara cəza verilməsini humanistləşdirən sərəncam veririsiniz, Azər Hətəmov və Rəşid Bayramov isə insanları şərləyərək tutdurur. Bunların hərəkətlərindən edilən şikayət isə heç bir cavab verilmir. Azər Hətəmov və Rəşid Bayramov himayə edilir, onların qanusuz hərəkətlərinə son qoyulmur. Onlar mənim ərimin də ürəyini partladıb öldürdülər. Mən dərdimi hara yazım?!
Bəyəm mən Azərbaycan Respublikasının vətəndaşı deyiləm?
Mən Tərtər rayonun Səhləbad kəndində yaşayıram!
Bildiyiniz kimi də, ermənilər Tərtər rayonuna hər zaman hücum edir. Biz bilmirik özümüzü ermənidən qoruyaq, yoxsa, prokurordan, onun köməkçisindən, polis rəisindən və müavinlərindən?!
Mən oğlumun döyülməsi ilə bağlı faktlara malikəm və cinayətin oğlum tərəfindən deyil, məhz Aqil Aslanov tərəfindən törədildiyinə dair faktlarım var. Bunları tədim də edə bilmirəm. Çünki prokuror özü oğlum döyülən zaman orada olub. Oğlumu da polis rəisi və onun müavinləri, müstəntiq Firuz Nuriyev döyüb.
Mən sizin daxili və xarici siyəsətiniz daimi dəstəkləmişəm.
Sizdən xahişim ondan ibarətdir ki, bu işin qərəzsiz araşdırlmasında mənə köməklik edəsiniz.
Əgər mənim oğlumun təqsir varsa, layiqli cəzasını almasına heç bir etirazım yoxdur”.

Gununsesi.info
Tarix: 29-03-2017, 07:59
Xəbəri paylaş





Xəbər lenti