Bərdə sakini çayxanada həmkəndlisini bıçaqlayıb

Bərdə sakini çayxanada həmkəndlisini bıçaqlayıb Bərdədə bıçaqlanma hadisəsi qeydə alınıb.

Rayonun Lənbəran kəndində Həmid Əliyev həmkəndlisi Mehman İsmayılovu çayxanada baş verən münaqişə zəminində bıçaqlayıb.

Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən M.İsmayılova 3 bıçaq zərbəsi vurulduğu məlum olub. M.İsmayılovun vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Bərdə rayon Polis Şöbəsində araşdırma aparılır. (APA)
Tarix: 2-04-2017, 20:00
Xəbəri paylaş





Xəbər lenti