Bakıda ər arvadın başını fincanla əzdi

Bakıda ər arvadın başını fincanla əzdi Bakının Suraxanı rayonunda ər mübahisə zəminində həyat yoldaşını vuraraq ona xəsarət yetirib.

“Report” xəbər verir ki, hadisə rayonun Rzayev küçəsində qeydə alınıb.

Belə ki, 1981-ci il təvəllüdlü Kərimova Elnarə Əmir qızı həyat yoldaşı ilə mübahisə edib. Bu zaman əri (Hələlik adı açıqlanmır) masanın üzərində olan fincanı götürərək K.Elnarənin başına vurub. Nəticədə qadın xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
Tarix: 12-04-2017, 15:49
Xəbəri paylaş





Xəbər lenti