Bakıda körpələr evində yanğın - 18 uşaq xilas edildi

Bakıda körpələr evində yanğın - 18 uşaq xilas edildi Bakıda körpələr evində yanğın baş verib

Ulus.Az FHN-ə istinadən xəbər verir ki, Pirallahı rayonunda ümumi sahəsi 450 m² olan ikimərtəbəli "Cırtdan" körpələr evinin zirzəmisində 3 m² sahədə məişət tullantıları yanıb.

Yanğın zamanı otaqlardan 18 nəfər azyaşlı uşaq yanğınsöndürənlər tərəfindən xilas olunub. Körpələr evinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 16:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Tarix: 14-04-2017, 23:10
Xəbəri paylaş





Xəbər lenti