Goranboyda müəmmalı hadisə – VİDEO

Goranboyda müəmmalı hadisə – VİDEO Goranboyun Boluslu kəndində Hüseynovlar ailəsi son vaxtlar öz doğma evlərində rahat yaşaya bilmir. Günün müxtəlif saatlarında həyətə yazılı kağıza bükülü daş atıldığı iddia olunur. Lakin bunun kim tərəfindən törədildiyi bilinmir.
Siam.az Xezerxeber.az-a istinadən xəbər verir ki, ev sahibi Şamama Hüseynova böyük oğlunun 2 il əvvəl ailə həyatı qurub evə gəlin gətirəndən sonra bu xoşagəlməz halların başladığını deyir. Baş verənləri aydınlaşdırmaq üçün mənzilin bir neçə yerinə kamerlar da quraşdırılıb. Maraqlı məqam ondan ibarətdir ki, evin gəlini hansı məkana gedirsə, orada eyni hal təkararlanır.
Müəmmalı yanğın bu gün günorta saatarında da baş verib. Vüqar Hüseynovun evinə bitişik yarımçıq tikili qəfildən alovlanıb. Hadisə yerinə yanğınsöndürənlər çağırılıb, alovun genişlənməsinin qarşısı alınıb.
Baş verən hadisə ilə bağlı Goranboy rayon Polis Şöbəsinə də məlumat verilib. Polislər əraziyə baxış keçirib. Hazırda araşdırmalar davam etdirilir.
Siam.az
Tarix: 20-04-2017, 08:03
Xəbəri paylaş





Xəbər lenti