Gürcüstanda dəhşətli qəza: 6 ölü, 1 yaralı

Gürcüstanda dəhşətli qəza: 6 ölü, 1 yaralı Qərbi Gürcüstanda Kutaisi yaxınlığında baş verən yol qəzasında 6 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə "İmedi" telekanalı məlumat verib.

Hadisə zamanı sürətlə hərəkət edən "Mercedes" markalı avtomobil və "Jeep" avtomobilləri toqquşub. Hadisədən iki dəqiqə sonra toqquşan avtomobillərə mikroavtobus çırpılıb. Qəza nəticəsində hamilə qadın daxil olmaqla, 6 nəfər ölüb, daha 1 nəfər ağır xəsarətlər alıb. Həkmilərin sözlərinə görə, onun vəziyyəti ağırdır.

Faktla bağlı Gürcüstan CM-nin yol hərəkəti təhlükəsizlik və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması nəticəsində iki və daha çox adamın ölümünə səbəb maddəsi ilə cinayət işi qaldırılıb. Günahkar sürücünü 6 ildən 10 ilədək azadlıqdan məhrumetmə gözləyir.
Tarix: 24-04-2017, 06:51
Xəbəri paylaş





Xəbər lenti