Bakıda xəstəxana yaxınlığında naməlum kişi meyiti aşkarlanıb

Bakıda xəstəxana yaxınlığında naməlum kişi meyiti aşkarlanıb Bakıda xəstəxana yaxınlığında naməlum kişinin meyiti tapılıb.
"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, Maştağa qəsəbəsi, Xanlar Səfərəliyev küçəsi, 7 saylı Birləşmiş Şəhər Xəstəxanasının poliklinikasının yaxınlığında təxminən 40-45 yaşlı kişinin meyiti aşkarlanıb. Meyit müayinə olunması üçün Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Tarix: 24-04-2017, 09:00
Xəbəri paylaş





Xəbər lenti