Azərbaycanlı “göyərti kralı”nı öldürən "qanuni oğru"nun adı bilindi - Görüntülü təfərrüat

Azərbaycanlı “göyərti kralı”nı öldürən "qanuni oğru"nun adı bilindi - Görüntülü təfərrüat Moskvada “göyərti kralı” kimi tanınan azərbaycanlı biznesmen Cambulat Şamiloğlunun qətlinin sifarişçisi bəlli olub.

Missiya.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, 46 yaşlı biznesmeni "Şakro Molodoy" ləqəbli Zaxari Kalaşov öldürtdürüb.

İlkin istintaq versiyasına görə, Rusiya paytaxtına topdansatış göy-göyərti biznesinin sahibi olmuş Şamiloğlu Rusiya kriminal aləminin ən nüfuzlu nümayəndəsi sayılan "Şakro Molodoy"a haqq verməkdən imtina etdiyi üçün cəzalandırılıb.




Belə ki, “göyərti kralı”nın qazancını "Şakro Molodoy"la bölməməsi sonuncunun xoşuna gəlməyib.

“Şübhəli şəxsi qanunsuz silah saxladığı üçün məsuliyyətə cəlb etdilər, amma qətldə onun iştirakını sübut edə bilmədilər. Bir müddət sonra onun telefonunu yoxlayan istintaq qətlin əsas təşkilatçılarına çıxıb”, - deyə Rusiya hüquq mühafizə orqanlarının nümayəndəsi bildirib.




Bununla "Şakro Molodoy" ona pul verməkdən imtina edən digər biznesmenləri qorxutmağa cəhd edib. Şamiloğlunun öldürülməsi "Şakro Molodoy"un "qanadı altına" girmək istəməyənlər üçün xəbərdarlıq olub.



Qeyd edək ki, Canbulat Şamiloğlu ötən il martın 16-da Moskvada, "Slavyan bulvarı" ünvanında yerləşən evinin qabağında qətlə yetirilib.

Rəsmi statistika: Moskvada hər il 6 min ton göyərti, daha dəqiqi şüyüd və keşniş istehlak edilir. Göyərtinin bir kiloqramı isə topdansatış bazarlarında 200 rubldan bahadır. Moskvada təkcə şüyüd və keşnişdən gələn gəlir 20 milyon dolları ötür. Və bu yağlı tikə, daha doğrusu milyonlarla “göy” gətirən göyərti bazarı uğrunda illərdir ki, Rusiya paytaxtında qanlı müharibələr gedir.
Tarix: 26-04-2017, 22:22
Xəbəri paylaş





Xəbər lenti