Paytaxın mərkəzində ağacları kəsib yola atdılar-FOTOLAR

Paytaxın mərkəzində ağacları kəsib yola atdılar-FOTOLAR Paytaxtın mərkəzi küçəsi olan Nizami -121D ünvanında yaşıl ağacların kəsilməsi müşahidə edilib.

Bu barədə Cebhe.info əməkdaşına müraciət edən sakinlər ağacların qol-budaqlarının kəsilməsini “yaşıl soyqırım” kimi qiymətləndiriblər. Əməkdaşımız hadisə yerində olub və əldə etdiyi məlumata görə, ağacların qol-budaqları budama məqsədilə kəsilib. Lakin ağacların qurumuş budaqları ilə yanaşı yaşıl budaqları da kəsilərək yolun hərəkət hissəsinə atılıb. Bu isə hərəkətə mane olduğu üçün sakinlər tərəfindən yol kənarına çəkilib. Sakinlər həmçinin ağac budaqlıqlarının gün ərzində yolun orta hissəsindən götürülməməsinə də narazılıqlarını bildiriblər:

"Səhər saatlarında ağacların quru-yaşıl demədən budaqlarını kəsdilər. Biz icraçılara öz narazılığımızı bildirdik. Çünki budamanı düzgün həyata keçirmirdilər. Yaşıl budaqlar da kəsilirdi. Həmçinin ağacın qol-budaqlarını da yolun ortasından kənara çəkmədilər. Bunu da burda işləyənlər, yaşayanlar yoldan kənara çəkdik. Özlərinə də dedik ki, bunu heç olmasa, toplayıb aparın. Onu da etmədilər. Ağacların bu cür qeyri-peşəkar budanması bir səhlənlar həkimin doğuş zamanı körpənin canını almasına bənzəyir. Ən azından ört-basdır edib budaqları aparmaq da olardı".

Məsələ ilə bağlı xəbər redaksiyamıza gec saatlarda daxil olduğu üçün aidiyyatı qurumlardan mövqe öyrənə bilmədik. Onların da mövqeyini dərc etməyə hazırıq. Paytaxın mərkəzində ağacları kəsib yola atdılar-FOTOLAR
Paytaxın mərkəzində ağacları kəsib yola atdılar-FOTOLAR
Tarix: 27-04-2017, 23:10
Xəbəri paylaş





Xəbər lenti