Bərdədə YOL QƏZASI: Piyadanı öldürüb qaçdı

Bərdədə YOL QƏZASI: Piyadanı öldürüb qaçdı Bərdədə piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Heydər Əliyev prospektində baş verib.
Şəhər sakini 1980-ci il təvəllüdlü Məmmədov Zabil Malik oğlu yolu keçərkən naməlum avtomobillə vurulub. Zərbənin təsirindən Z.Məmmədov həyatını itirib, sürücü isə hadisə yerindən qaçıb.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma başlanıb
Tarix: 30-04-2017, 13:18
Xəbəri paylaş





Xəbər lenti