Bakıda dəhşətli qətl - Qadını ölənə kimi döyüb, pəncərədən atdılar

Bakıda dəhşətli qətl - Qadını ölənə kimi döyüb, pəncərədən atdılar Dünən gecə Bakının Səbail rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb

Lent.az xəbər verir ki, gecə saatlarında Neftçilər prospektində binanın qarşısında meyiti tapılan 46 yaşlı Yelena Sandradinovanın meyitinin elə həmin binanın pəncərəsindən atıldığı məlum olub. Belə ki, Rusiya Federasiyası vətəndaşı Samir Zenyukov və paytaxt sakini Dmitriy Razumnıy 3-cü mərtəbədəki mənzildə kef məclisi təşkil ediblər.

Onlar əvvəlcədən tanıdıqları Yelenanı və onun rəfiqəsi Allanı da məclisə dəvət ediblər. Gecə saatlarında spirtli içkinin təsiri altında olan şəxslər arasında dava-dalaş olub. Bu zaman onlar 41 yaşlı Yelenanı döyüblər. Ağır xəsarətlər alan qadının xırıldadığını görən dostlar daha sonra onu pəncərədən küçəyə atıblar. Həmin vaxt hər iki şəxs onlara etiraz edən Allanı da döyüb evdən qovublar. Daha sonra isə spirtli içkinin təsiri altında yuxuya gediblər.

Polis ilk olaraq meyitin tapıldığı yerin qarşısındakı binanı yoxlamaq qərarına gəlib və qapı açılanda otağın qan içində olduğu, içki şüşələrinin ətrafa səpildiyini görüblər. Tutulan şəxslər törətdikləri əməli etiraf ediblər.

Bildirilir ki, hadisədə adı keçən şəxslər qeyri-sağlam həyat tərzi sürürlər.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.


***
12:25

Daxili İşlər Nazirliyi Bakının mərkəzində törədilən qətllə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 30-da Səbail rayonunun Neftçilər prospektində Bakı şəhər sakini Yelena Sandradinovanın üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.

DİN-in Baş Cinayət Axtarışı İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsi və Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Rusiya Federasiyası vətəndaşı Samir Zenyukov və paytaxt sakini Dmitri Razumnıy tutulublar.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.

***
11:42

Bakıda qətl törədilib.

Səbail rayon Polis İdarəsindən APA-ya bildirilib ki, Neftçilər prospekti, 93 ünvanında, Qız Qalasının yaxınlığında üzərində xəsarətlər olan qadın meyiti tapılıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. İstintaq-əməliyyat tədbirləri ilə onun qətlə yetirildiyi müəyyənləşib.

Məlum olub ki, qətlə yetirilən qadın Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü Yelena Viktorovna Sandrandinovadır. Qətlin iştirakçısı olmaqda şübhəli bilinən 2 kişi və 1 qadın tutulub. Onlar Zyikov Samir Nərimanoviç, Razumıy Dmtirti Aleksandroviç və Alla adlı qadındır.

İlkin məlumata görə, onlar evdə kef məclisi qurublar, sonra aralarında mübahisə yaranıb. Mübahisə zəminində qadın öldürülüb və meyiti Qız Qalasının yanına atılıb.

Araşdırmalar davam edir.
Tarix: 1-05-2017, 21:14
Xəbəri paylaş





Xəbər lenti