Kanal 13-ün direktoru saxlanıldı

Kanal 13-ün direktoru saxlanıldı Ölkənin ilk internet kanalı olan "Kanal 13" direktoru Əziz Orucov polis tərəfindən saxlanıb

Bu haqda Əziz Orucovun qardaşı və "Kanal 13"ün təsisçisi Anar Orucov özünün facebook səhifəsində məlumat verib:


"Kanal13 internet televiziyasının Bakı ofisinin rəhbəri Əziz Orucov mayın 2-də səhər saatlarında həyat yoldaşı və telekanalın redaktoru Lamiyə Çerpanova ilə evdən çıxıb işə gedərkən yolda Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıb. Hər iki əməkdaşımız heç bir izahat verilmədən, normal hüquqi cəmiyətə xas bir şəkildə polis edarəsində dəvət etmək mümkün ikən, zorakılıla avtomobildən düşürdülərək Nəsili Rayon Polis idarəsinə aparılıblar və bür müddət sonra isə Lamiyə Çerpanova buraxılsa da, Əziz Orucov gün ərzində polis idarəsində dindirildikdən sonra, barəsində qərar verilməsi üçün Nəsimi rayon Məhkəməsinə aparılıb. Xuliqanlıqda ittiham edilir. Kanal13 hər zaman azad media olmağa çalışıb və bacardığı qədər olub: biz xəbərləri xalqa çatdırmışıq, xəbərə şərh verməmişik. İqtidarı da, müxalifəti də işıqlandırmışıq. İqtidardakılar bizdən qaçıb, müxalifətdəkilər yaxın olub deyə daha çox da müxalif mövqe sərgiləmişik. İndi deyirlər ki, sən demə bu bizim ölkəmizdə xuliqanlıq imiş...". (Musavat.com)
Tarix: 2-05-2017, 22:28
Xəbəri paylaş





Xəbər lenti