Kəlbəcərdən YENİ VİDEO - Erməni qızların +62 dərəcəlik keyfi... - VİDEO

Kəlbəcərdən YENİ VİDEO - Erməni qızların +62 dərəcəlik keyfi... - VİDEO Yay ayları yaxınlaşdıqca, Ermənistandan Qarabağa istirahət etməyə gedənlərin sayı artır.

Missiya.Az xəbər verir ki, sosial şəbəkədə ermənilərin Kəlbəcərin İstisu sanatoriyasında çimmələrinə aid yeni görüntülər yayılıb.

Qeyd edək ki, ermənilər bir müddət əvvəl də Kəlbəcərin İstisu sanatoriyasından görüntülər paylaşmışdılar. Videonun üzərində açıq havada temperaturun -10 dərəcə, müalicəvi su hesab edilən təbii bulaqda +62 dərəcə istiliyin olduğu qeyd edilib. İsti suyun töküldüyü çayda isə temperaturun +3 dərəcə olduğu bildirilir. Müalicəvi bulağın ətarfı qarla örtülüb.


Kəlbəcər İstisu mineral ehtiyatı və "İstisu" sanatoriyası ilə dünyada tanınıb. İstisu sanatoriyası Kəlbəcərin qərb hissəsində – silsilə dağ yamaclarındadır. İstisu mineral bulaqları 1138-ci ildə güclü zəlzələ zamanı yerin qabarması, çatlaması nəticəsində əmələ gəlib. Öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə, bu sular dünyada məşhur olan Karlovı-Varı bulaqlarının (Çexiya) eynidir və bir çox digər xüsusiyyətlərinə görə dünyada yeganədir.
Tarix: 3-05-2017, 08:06
Xəbəri paylaş





Xəbər lenti