Bakıda inanılmaz qanunsuzluq : “Sədərək” İdman Klubu sakinlərin istirahət parkını hasarlayaraq restoran tikintisinə başlayıb – 100-lə ağac kəsilmək təhlükəsi ilə üz-üzə (Fotolar)

Bakıda inanılmaz qanunsuzluq : “Sədərək” İdman Klubu sakinlərin istirahət parkını hasarlayaraq restoran tikintisinə başlayıb – 100-lə ağac kəsilmək təhlükəsi ilə üz-üzə (Fotolar) Nizami rayonu ərazisində istirahət parkı hasara alınıb.
Avropa.info xəbər verir ki, Xəzər Universitetinin yaxınlığında, Məhsəti küçəsində yerləşən “Sədərək” İdman Klubu istirahət parkını hasara alıb, qazıntı işləri aparır.
İstirahət parkında tikinti işlərinin aparılmasına etiraz edən yaxınlıqdakı binaların sakinlər deyiblər ki, “Sədərək” İdman Klubunun rəhbərliyi parkın yerində restoran tikmək niyyətindədir.

Bakıda inanılmaz qanunsuzluq : “Sədərək” İdman Klubu sakinlərin istirahət parkını hasarlayaraq restoran tikintisinə başlayıb – 100-lə ağac kəsilmək təhlükəsi ilə üz-üzə (Fotolar)
“Bu ərazidə yaşayan sakinlər parkda istirahət edir, axşamlar uşaqları burada gəzdiririk. Parkda söküntü işlərinə başlanılıb, ərazi hasara alınıb. Parkda işləyən fəhlələrdən soruşanda bizə dedilər ki, burada hansısa idman klubunun yeni kompleksi açılacaq və burada kafe, restoranlar da tikiləcək”, – deyə sakinlər bildiriblər.

Əməkdaşımız parkda aparılan tikinti işləri işləri ilə bağlı klub rəhbərliyindən münasibət öyrənmək istəyib.
Klubun adını söyləməkdən imtina edən səlahiyyətli şəxslərindən biri deyib ki, burada söküntü işləri aparılmır (Gördüklərimiz isə bunun əksini sübut edirdi – avropa.info).

Bakıda inanılmaz qanunsuzluq : “Sədərək” İdman Klubu sakinlərin istirahət parkını hasarlayaraq restoran tikintisinə başlayıb – 100-lə ağac kəsilmək təhlükəsi ilə üz-üzə (Fotolar)
Qeyd edək ki, parkın ərazisində hansı tikinti işlərinin aparılması ağacların kəsilməsinə səbəb olacaq. Görəsən, yaşıllıqların məhv edilməsi ilə müşayiət edilən tikinti işlərinin aparılmasına səlahiyyətli orqanlar hansı əsasla icazə verib? Bundan əlavə, sakinlərin istirahət hüququnu əllərindən almaqla bu tikintinin aparılması bu qədər vacibdirmi?
Mövzunu davam etdirəcəyik.Bakıda inanılmaz qanunsuzluq : “Sədərək” İdman Klubu sakinlərin istirahət parkını hasarlayaraq restoran tikintisinə başlayıb – 100-lə ağac kəsilmək təhlükəsi ilə üz-üzə (Fotolar)
Bakıda inanılmaz qanunsuzluq : “Sədərək” İdman Klubu sakinlərin istirahət parkını hasarlayaraq restoran tikintisinə başlayıb – 100-lə ağac kəsilmək təhlükəsi ilə üz-üzə (Fotolar)
Tarix: 4-05-2017, 23:48
Xəbəri paylaş





Xəbər lenti