Rusiyada diversiya: dəmir yolu partladıldı - FOTO



Rusiyanın Ryazan şəhərində dəmir yolunda partlayış baş verib.

Bakupost.az Rusiya KİV-ə istinadən xəbər verir ki, hadisənin diversantlar tərəfindən törədildiyi bildirilir.


Dyaqilevo stansiyası ərazisində baş verən partlayış nəticəsində yük qatarının 19 vaqonu relsdən çıxıb. Maşinist və onun köməkçisi xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.
Tarix: 11-11-2023, 15:19
Xəbəri paylaş





Xəbər lenti