ABŞ təyyarəsi Aralıq dənizinin şərqində qəzaya uğrayıb

ABŞ təyyarəsi Aralıq dənizinin şərqində qəzaya uğrayıb

ABŞ-a məxsus hərbi təyyarə Aralıq dənizinin şərqi üzərində təlim uçuşu həyata keçirərkən qəzaya uğrayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığı məlumat yayıb.
Bəyanatda qeyd edilir ki, noyabrın 10-da təlim uçuşu zamanı “fövqəladə vəziyyət” yaranıb, nəticədə təyyarə qəzaya uğrayıb. “Əminliklə deyə bilərik ki, uçuş sırf təlim məqsədi ilə həyata keçirilib, heç bir düşmənçilik əlaməti yoxdur”, - deyə bəyanatda vurğulanır.
Komandanlıq amerikalı hərbçilərin xəsarət alıb-almadığını və söhbətin hansı model təyyarədən getdiyini açıqlamayıb. “Hadisənin baş vermə səbəblərini müəyyən etmək üçün araşdırmalara başlanılıb”, - bəyanatda qeyd olunub.
Avropa Komandanlığının mətbuat xidmətindən mətbuata verilən məlumatda bildirilir ki, onlarda bu insidentlə bağlı əlavə təfərrüatlar yoxdur. "Ətraflı təfərrüatları bilən kimi bu məlumatı ictimaiyyətə təqdim edəcəyik", - deyə mətbuat xidməti qeyd edib.
Tarix: 12-11-2023, 17:13
Xəbəri paylaş





Xəbər lenti