Yevlaxda 32 yaşlı kişi odlu silahla qətlə yetirilib, saxlanılan var

Noyabrın 12-də saat 16 radələrində Yevlax rayonunda 1991-ci il təvəllüdlü Nədibov Əhməd Əhəd oğlunun odlu silahla qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
 
DİN-in mətbuat xidmətinin regional qrupundan Pravda.az-a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən Yevlax rayon sakini 1989-cu il təvəllüdlü Əliyev Saleh Azər polis əməkdaşları tərəfindən saxlanılıb.
 
Cinayət aləti olan odlu silah ondan götürülüb.
 
İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib.
 
Araşdırma aparılır.
Tarix: 12-11-2023, 17:42
Xəbəri paylaş





Xəbər lenti