Daha iki qazinin canına qəsd etdiyi bildirilir - AXI NİYƏ?

Daha iki qazinin canına qəsd etdiyi bildirilir
Masallı rayon Tatyanoba kənd sakini, Vətən müharibəsi iştirakçısı İsayev Emil Nizami oğlunun intihar etdiyi bildirilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Gənc qazilər” ictimai birliyinin sədri, Vətən müharibəsi iştirakçısı Hacı Vəliyev sosial şəbəkə hesabında məlumat yayıb.
O bildirib ki, intihar hadisəsi noyabrın 3-də baş verib:
“Faktla bağlı Masallı rayon Prokurorluğunda araşdırma aparılır. İntiharın səbəbləri məlum deyil”.
H. Vəliyev daha sonra həmin paylaşımın “Şərhlər” bölməsində Vüsal Zeynalov adlı daha bir qazinin intihar etdiyini bildirib. Onun haqqında əlavə məlumat verilməyib.
Tarix: 16-11-2023, 10:28
Xəbəri paylaş





Xəbər lenti