AMEA sensasion qətlin sifarişində adı hallanan alimi sildi - FOTO



Xəbər verdiyimiz kimi, bu gün keçmiş "Təfəkkür" Universitetinin prorektoru Taryel Əhmədovun 12 il əvvəl öldürülməsinə görə,  həmin illərdə ali təhsil müəssisəsinin rektoru olmuş Müşfiq Atakişiyev məsuliyyətə cəlb edilib.
Ölkə.Az xəbər verr ki, onun sonuncu iş yeri kimi Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun icraçı direktoru və həmin İqtisadiyyat İnstitutu nəzdində İqtisad elmləri sahəsində doktorluq dissertasiya şurasının sədri göstərilirdi.

Bundan əlavə, M.Atakişiyev 2022-ci ildən AMEA İqtisadiyyat İnstitutunun icraçı direktoru vəzifəsini icra edirdi.
Bir neçə saat əvvələ qədər AMEA-nın rəsmi saytında M.Atakişiyevin adı icraçı direktor kimi saxlanılırdı.

Qurumun rəsmi saytında İqtisadiyyat institutu ilə bağlı səhifəni yenilədikdə M.Atakişiyevin adının silinməsinin şahidi olduq. 
Onun vəzifəsinin qarşısı artıq boş saxlanılıb.

Qeyd edək ki, M.Atakişiyev zərərçəkmiş şəxs Tariyel Əhmədovu işgüzar nüfuzuna və rektor vəzifəsində qalmasına maneə kimi qəbul etməsi, bu səbəbdən qisas məqsədilə pul müqabilində onun öldürülməsini öz qohumu Dəyanət Quliyevə sifariş verməsi, sonuncunun isə həmkəndlisi Samir Quliyevlə birgə cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edilib.
O (sifarişçi) və Samir Quliyev (icraçı) iş üzrə Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilİB, məhkəmənin qərarı ilə M.Atakişiyev barəsində vəzifədən kənarlaşdırmaqla həbs, Samir Quliyev barəsində isə həbs qətimkan tədbiri seçilib.
Billurə Yunus


Tarix: 16-11-2023, 17:02
Xəbəri paylaş





Xəbər lenti