Jurnalist Ülvi Həsənli saxlanılıb – Rəsmi


Jurnalist, “Abzas Media”nın direktoru Ülvi Həsənli saxlanılıb.
Yeniavaz.com 
xəbər verir ki, bu barədə sözügedən mətbuat orqanının baş redaktoru Sevinc Vaqifqızı məlumat yayıb.
“Ülvi Həsənlini Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları saxlayıb. Müstəntiq jurnalistin vəkili Zibeydə Sadiqova ilə əlaqə saxlayıb, idarəyə dəvət edib”.
Məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Yeniavaz.com-a təsdiqləyiblər.
Qeyd edək ki, Sevinc Vaqifqızı daha əvvəl Ü. Həsənlinin bu gecə xarici ölkəyə səfər etməli olduğunu bildirib:
“Təyyarəsi tərpənsə də, özü gəlib çıxmayıb. Hazırda telefonuna zəng çatmır. Adətən telefonu açıq olur. Sonuncu danışıqda evdən çıxıb hava limanına getdiyini deyib. Onun hava limanında saxlanıldığını ehtimal edirəm”.
Tarix: 20-11-2023, 13:56
Xəbəri paylaş





Xəbər lenti