“BOUTİQUE HOTEL” QAYDA-QANUN TANIMIR… YOLU ZƏBT ETDİLƏR – FOTO


Mirzə İbrahimov küçəsində yerləşən “Boutique Hotel” avtomobil yolunu zəbt edərək parkinq yaradıb.
Tribunainfo.az yazır ki, bu vəziyyətdən sakinlər narahatdır. Hotel rəhbərliyi dar avtomobil yoluna “no parking” maneləri vurdurub. İlk baxışda sözügedən yerdə avtomobil saxlamağa icazə olmadığı fikri yaranır. Ancaq sonra məlum olur ki, bu maneə ancaq kənar avtomobillər üçün nəzərdə tutulub. Ərazidə ancaq hotelə gələn müştərilər, hotel əməkdaşları avtomobil saxlaya bilərlər.
Sakinlər haqlı olaraq sual edir ki, əgər bura parklanma yeridirsə, niyə biz də istifadə edə bilmirik, yox, əgər parklanma üçün nəzərdə tutulmayıbsa, niyə işarələnərək yer ayrılıb?
Tarix: 21-11-2023, 10:48
Xəbəri paylaş





Xəbər lenti