Rəşad Məlikzadənin 9 milyonluq mənimsəmə işi məhkəməyə daxil olub - TƏFƏRRÜAT

Rəşad Məlikzadənin 9 milyonluq mənimsəmə işi məhkəməyə daxil olub
Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidməti rəisi polkovnik-leytenant Rəşad Məlikzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA xəbər verir ki, təqsirləndirilən şəxs Rəşad Məlikzadə barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Rafiq Abbasovun icraatına verilib.

Qeyd edək ki, Rəşad Məlikzadə 26 sentyabr 2022-ci il tarixdə DTX tərəfindən saxlanılmış və barəsində Bakı Hərbi məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmişdir.

Rəşad Məlikzadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

R.Məlikzadə 9.369.411,09 manat pul vəsaitini mənimsəməkdə təqsirləndirilir.
Tarix: 25-11-2023, 16:41
Xəbəri paylaş





Xəbər lenti