Rus hərbçi avtomobili ilə çağırışçı kütlənin arasına girdi


Rusiyanın Kamçatka diyarında ağır yol qəzası baş verib.
SİAM.AZ xəbər verir ki, rus hərbçi idarə etdiyi avtomobil ilə bir qrup çağırışçını vurub.
Məlumata görə, qəza dekabrın 2-də səhər tezdən Petropavlovsk-Kamçatski - Yelizovo yolunun 26-cı kilometrliyində baş verib.
Təxminən 80 km/saat sürətlə çağırışçı kütlənin arasına girən sürücü ona yaxın hərbçinin yaralanmasına səbəb olub.
Qeyd olunur ki, qəza nəticəsində 6 rusiyalı çağırışçı xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır. Daha bir neçə hərbçiyə isə qəza yerində tibbi yardım göstərilib.“AzPolitika.info”
Tarix: 2-12-2023, 17:12
Xəbəri paylaş





Xəbər lenti