Məhkəmə fəalı 4 ay müddətinə həbs etdi – Vəkil


Dekabrın 6-da Yasamal rayon məhkəməsi ictimai fəal İlhamiz Quliyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Turan”a onun vəkili Zibeydə Sadıqova məlumat verib.
Vəkilin sözlərinə görə, İ.Quliyev Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham olunur:
“Ona 5,92 qram narkotik vasitənin satışı ilə bağlı ittiham verilib”.
Z.Sadıqova qeyd edib ki, İ.Quliyev özünü təqsirli bilmir və həbsini “Abzas Media”ya verdiyi müsahibə ilə əlaqələndirir.
Vəkil bildirib ki, İlhamiz Quliyevin bədənində xəsarət izləri var:
“O, məhkəmədə onları göstərib və bildirib ki, bu xəsarət ona polislər tərəfindən yetirilib. Məhkəmə bu məsələni araşdırmaq üçün prokurorluğa göndərdi".
Müdafiə tərəfi həbsdən apellyasiya şikayəti vermək niyyətindədir.
Xatırladaq ki, Quliyev dekabrın 4-də saxlanılıb.
Tarix: 6-12-2023, 22:58
Xəbəri paylaş





Xəbər lenti